Millimizin sabiq baş məşqçisi İbrahimlə İbrahimoviçi qarışdırdı - VİDEO

16:27 20-08-2019 1066

Millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineçki "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los Anceles Qalaksi" klubunda çıxış edən ulduz futbolçu Zlatan İbrahimoviçi qarışdırıb.

HerGun.Az xəbər verir ki, Almaniya doğumlu xorvat mütəxəssis Avro-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla matçlar üçün yığmanın heyətini açıqlayarkən yanlışlığa yol verib.

O, hazırda Türkiyənin "Ərzurumspor" komandasının formasını geyinən Şehiçin adı ilə İbrahimoviçin adını qarışdırıb. Konfransda iştirak edən media nümayəndələri Prosineçkinin ifadəsini gülüşlə qarşılayıblar. Hətta onlardan biri "Zlatan" deyə soruşub, Prosineçki isə zarafatla "bəli" deyə cavab verib.