Beynəlxalq Cüdo Federasiyası: “Əziz Elnur, sən heç vaxt unudulmayacaqsan”

10:00 20-10-2021 419

Beynəlxalq Cüdo Federasiyası koronavirusdan vəfat edən jurnalist Elnur Əşrəfoğlu ilə bağlı məqalə yayımlayıb.

Məqalə federasiyanın rəsmi saytında yerləşdirilib.

Elnur Əşrəfoğlunun idman jurnalisti kimi cüdo yarışlarındakı fəaliyyətindən bəhs olunan məqalədə mərhumun ailəsinə başsağlığı da verilib:

“Azərbaycanda və bütün dünyada cüdo ailəsi Elnur Əşrəfoğlu üçün darıxacaq. Onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Əziz Elnur, sən heç vaxt unudulmayacaqsan”.

Xatırladaq ki, Elnur Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyası baş katibinin müavini və Mətbuat xidmətinin rəhbəri olub.