Tallində Azərbaycanın milli bayramı qeyd edildi - FOTO

15:40 20-10-2021 388

Estoniyada fəaliyyət göstərən “İrs” Estoniya-Azərbaycan gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Tallin şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş təntənəli konsert keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkənin tarixi-mədəni memarlıq abidəsi olan Tallin Ratuşunda baş tutan tədbirdə Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Estoniyanın rəsmi şəxsləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə, Leyla Rəhimova və eston musiqiçisi Mari Liis Uibon çıxış ediblər. Yerli “Graatsia” rəqs qrupu Azərbaycan rəqslərini təqdim edib.