“Nyukasl”ın baş məşqçisi vəzifədən getdi

18:00 20-10-2021 407

“Nyukasl Yunayted”in baş məşqçisi Stiv Bryus vəzifəsindən ayrılıb.

Klubun rəsmi saytında verilən məlumatda mütəxəssislə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunduğu bildirilib.

Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Qrem Cons icra edəcək.

Xatırladaq ki, oktyabrın 7-də “Nyukasl”ın yeni sahibinin Səudiyyə Ərəbistanının Dövlət İnvestisiyaları Fondu olduğu açıqlanıb. Bundan sonra klubun tezliklə baş məşqçisini dəyişəcəyi və ulduz futbolçuları transfer edəcəyi iddia olunub.