Sumqayıtda minik avtomobili ilə toqquşan avtobus aşdı - FOTO

23:00 20-10-2021 309

Sumqayıtın İnşaatçılar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Xeberle.com xəbər verir ki, “Mercedes” markalı avtomobil 42 nömrəli marşrut xətti üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində avtobus aşıb. Minik avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı xəsarət alıb. Avtobusda ciddi xəsarət alan olmayıb.

Hadisəyə hüquqi qiymət aparılan avtoekspertizadan sonra veriləcək.