Özcan Dəniz keçmiş arvadı tərəfindən döyüldü - FOTO

01:40 21-10-2021 456

Qəyyumluq məsələsində üz-üzə gələn türkiyəli məşhur aktyor Özcan Dənizlə Feyza Aktan arasında gərginlik azalmır.

Eks-cütlük bu dəfə dava-dalaş xəbərləri ilə gündəmə gəlib.

Belə ki, Feyza Aktan övladını görmək üçün onun evinə gələn Dənizlə mübahisə edib və onu şillələyib. Bundan sonra o aktyorun paltarlarını cırıb.

Müğənninin şikayətindən sonra hadisə ilə bağlı araşdırma başladılıb.

Mənbə: “A Haber”