Bağlı qapı arxasında qaldı, halı pisləşdi

20:18 20-08-2019 1456

Bu gün Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar. Halsız vəziyyətdə olan vətəndaş aidiyyəti üzrə təhvil verilib.