Rusiyada “Delta” ştammının daha yoluxucu növü AŞKARLANDI

18:20 21-10-2021 312

Rusiyada koronavirusun “Delta” ştammının yeni növü - “AY.4.2”yə yoluxma halı aşkarlanıb.

“Rospotrebnadzor”un əməkdaşı Kamil Hafizov bildirib ki, yeni variantın ortaya çıxması “Delta” ştammında olduğu kimi Rusiyada yoluxmanın artmasına əlavə təkan verə bilər.

Mütəxəssis vətəndaşları, xüsusən hələ koronavirus infeksiyasına yoluxmamış insanları peyvənd vurdurmağa çağırıb.

Qeyd edək ki, bu növ yazın ortalarında Böyük Britaniyada, sonra isə bir neçə Avropa ölkəsində ortaya çıxıb. Sözügedən növ “Delta” ştammının 45 altnövündən biridir.

London Universitetinin Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyini deyib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.

Mənbə: TASS