Qubada 50 hektar taxıl sahəsi yandı

21:18 20-08-2019 1228

Qubada biçilmiş taxıl sahəsində güclü yanğın baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın rayonun Alpan kəndində qeydə alınıb. 

Sakinlərə məxsus 50 hektar taxıl sahəsində baş verən yanğın söndürülüb.

Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov HerGun.Az-a açıqlamasında bildirib ki, yanğın nəticəsində ərazidə Sovet dövründən qalan 10 alma ağacının ətrafındakı kol-kos da yanıb.

Yanğın 2 saat ərzində söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tehran Orucoğlu