Səhnədə yıxılan türkiyəli modelin hərəkəti alqışla qarşılandı - FOTO

00:40 22-10-2021 393

Türkiyəli məşhur modelyer Deniz Albayrakın dəfiləsində model səhnədə yıxılıb.

Belə ki, dəfilənin əsas modeli olan Tuğba Altıntopun ayağı burxulub. Yerə yıxılan məşhur özünü itirmməyib. O, dikdaban ayaqqabılarını çıxararaq nümayişə ayaqyalın davam edib.

Onun bu hərəkti izləyicilər tərəfindən alqışla qarşılanıb.

Mənbə: “A Haber”