Tarkanın “Trendyol”la əməkdaşlıqdan qazancı məlum oldu

02:40 22-10-2021 427

Türkiyənin tanınmış pop ifaçısı Tarkan “Trendyol”la əməkdaşlığı çərçivəsində fotosessiya etdirib. Meqastarın gələn həftə məşhur marka üçün rekam videoçarxına çəkiləcəyi bildirlib.

Bu gün isə müğənninin bir illik anlaşmadan qazancı açıqlanıb. Qeyd olunub ki, Tarkan“Trendyol”la birgə çalışdığına görə 15 milyon TL gəlir əldə edəcək.

Xatırladaq ki, Tarkan bu yaxınlarda özünün sosial şəbəkə səhifəsindən “Trendyol”la əməkdaşlığa başlayacağını təsdiq etmişdi. Hələ o zaman meqastarın reklam kampaniyasında əldə edəcəyi gəlir bir çoxlarında maraq doğurmuşdu.

Mənbə: “Heber Global”