Adelin beş il ərzində ilk manısı hit-paradda liderlik edir - VİDEO

03:40 22-10-2021 470

Britaniyalı müğənni Adelin beş il ərzində ilk mahnısı “Easy On Me” (“Mənimlə mülayim ol”) çartlarda “debüt həftəsinin lideri” seçilib.

Oktyabrın 15-də çıxan lirik balladası Adelin noyabrın 19-da satışa çıxarılması planlaşdırılan “30” adlı yeni albomundakı ilk mahnısıdır.

Mahnı bundan əvvəl də Britaniya çartlarında birinci yerdə idi.

Oktyabrın 20 -nə olan məlumata görə, “Easy on Me” 149 865 dəfə satılaraq, Olivia Rodrigonun “Good 4 U” trekini keçib (debütün ilk həftəsində bu mahnı 117 355 dəfə satılmışdı).

“30” albomu artıq qeyri-rəsmi “boşanma albomu” adlandırılıb. Belə ki, “Easy On Me” mahnısında müğənni ərindən niyə boşanmaq qərarına gəldiyini izah edir.

Mənbə: OfficialCharts.com