G7 sammiti zaman polisə hücum hazırlamaqda şübhəli bilinənlər saxlanıldı

01:36 21-08-2019 561

Fransa hüquq-mühafizə orqanları Biarritsdə G7 sammiti zamanı polisin qalmalı olduğu otelə hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.

TASS xəbər verir ki, bazar ertəsi Turda (Endr və Luara departamenti) və Kapbretonda (Land departamenti) 24 yaşdan 45 yaşa qədər dörd kişi və bir qadın saxlanılıb. Onlar sosial şəbəkələrdə şübhəlilər hüquq mühafizə orqanlarının əməkdaşlarının, xüsusən Land Departamentində yerləşmələrini mövqelərini müzakirə ediblər. Belə ki, onlar "otelin yandırılması" versiyasını nəzərdən keçirirmişlər.

G-7 sammiti avqustun 24-dən 26-dək Fransanın cənub-qərbindəki Biarrits şəhərində keçiriləcək.