Tramp Kəşmir münaqişəsinin həlli üçün vasitəçi olmağa hazırdır

10:27 21-08-2019 798

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında Kəşmirin statusu ilə bağlı münaqişənin həllində vasitəçi olmağa hazırdır.

"Kəşmir çox mürəkkəb məkandır. Burada hinduslar və müsəlmanlar var və mən deməzdim ki, onlar çox da yaxşı yola gedirlər... Mən vasitəçilik etmək üçün əlimdən gələni edəcəyəm", - deyə D.Tramp jurnalistlərə bildirib.

Kəşmir Hindistan və Pakistan arasında mübahisəli ərazidir. Bu məsələ dəfələrlə qonşu dövlətlərin arasında silahlı münaqişələrə səbəb olub.

Xatırladaq ki, bundan əvvəl D.Tramp Pakistan və Hindistan liderləri ilə danışıqlar aparıb.