Qumbara partlayışı nəticəsində erməni hərbçilər yaralandılar

16:00 28-10-2021 387

Ermənistanın Azərbaycanla sərhədində yerləşən Göyçə vilayətinin Başkənd rayonunda partlayış baş verib. 

Məlumatlara görə, hərbi məntəqələrdən birində qumbara partlayıb.

Hadisə nəticəsində dörd erməni hərbçi yaralanıb.

Yaralılar hospitala yerləşdiriliblər.

Mənbə: Sputnik Ermənistan