Monqolustan prezidenti pandemiyanın yaranma səbəbini açıqladı

03:00 29-10-2021 377

Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux koronavirus pandemiyasının yaranma səbəbini açıqlayıb.

O, bu bəlanın təbiətə qarşı münasibətə görə bəşəriyyətə verilən cəza olduğunu bəyan edib. Prezident bildirib ki, virus ətraf mühütə qarşı etinasızlığın nəticəsidir.

Dövlət başçısı bundan sonra insanları qlobal istiləşmə, təbiətin mühafizəsi kimi mövzulara daha həssas yanaşmağa çağırıb.

Mənbə: TASS