Şəhriyar Məmmədyarov dünya çempionu ilə başabaş oynadı

11:54 21-08-2019 690

ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild Kubokunda IV turun görüşləri baş tutub.

HerGun.Az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

"Şah"ın norveçli qrossmeysterlə görüşü heç-heçə başa çatıb.

Hazırda Şəhriyar Məmmədyarovun aktivində iki xal var və III-X yerlərdə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla ABŞ təmsilçisi Fabiano Karuana ilə hindistanlı Vişvanatan Anand başçılıq edirlər.