Türkiyədə gəlin davası: beş ölü, səkkiz yaralı - VİDEO

13:09 21-08-2019 795

Türkiyənin Diyarbəkir şəhərinin Silvan qəsəbəsində ailələr arasında dava düşüb.

Davaya səbəb isə Ənvər Təkinin qızı Gülşən Poyrazı gəlin getdiyi ailədən geri alması olub.

Daha sonra isə Gülşəni qaytarmaq üçün həyat yoldaşı və qohumları Ə.Təkinin evinə gedib.

 Ailələr arasında atışma zamanı beş nəfər ölüb, səkkiz nəfər yaralanıb.