Nigeriyada 21 mərtəbəli bina uçtu: Çox sayda ölənlər var

22:40 01-11-2021 392

Nigeriyanın ticarət mərkəzi sayılan Laqos şəhərində 21 mətəbəli bina uçub.

Xarici KİV-də yayılan məlumatlara görə, inşaat mərhələsində olan binanın dağıntıları altında tikinti şirkətinin sahibi başda olmaqla, 50 nəfərdən çox işçi qalıb.

Artıq bir neçə nəfər dağıntılar altından çıxarılıb. Onların yüngül xəsarət aldığı bildirilib. 

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır.