95 yaşlı Britaniya kraliçası sükan arxasında göründü – FOTO

00:00 02-11-2021 377

Britaniya kraliçası II Yelizaveta avtomobli idarə edərkən görünüb.

Müvafiq təsvirlər yerli mətbuatda yayılıb.

95 yaşlı monarx “Jaguar” avtomobilinin sükanı arxasına keçib. O, təkbaşına əyləşdiyi maşını idarə edib.

Fotoların Vindzor qəsri ərazisində çəkildiyi bildirilib.

Qeyd edək ki, oktyabrın 20-də II Yelizaveta xəstəxanada gecələyib. Bundan sonra həkimlər kraliçaya azı ki həftə istirahət etməyi məsləhət görüblər.