Mingəçevirdə 41 tikili bərpa olunub – VİDEO

01:20 02-11-2021 380

44 günlük Vətən Müharibəsi zamanı döyüş meydanından xeyli uzaqda yerləşən Mingəçeviri də düşmən ordusu hədəf seçərək roket atəşinə tutdu. 

Nəticədə Nur şəhərində evlər dağıldı, insanlar yaralandı, avtomobillərə ziyan dəydi. 
Ümumilikdə Ermənistan Silahi Qüvvələrinin ərazimizə təcavüzü nəticəsində Mingəçevirdə 40-dan çox yaşayış evi dağılıb.

Dövlət başçısının tapşırığına əsasən bir ev yenidən tikilərək sahibinə təhvil verilib. 41 tikilinin təmir bərpası yekunlaşdırılıb.

Daha ətraflı Baku TV-nin süjetində: