Merkel peyvənd olunmaqdan imtina edən almaniyalı futbolçudan danışdı

02:00 02-11-2021 438

Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel Münhen “Bavariya”sının yarımmüdafiəçisi Yozua Kimmixin koronavirusa qarşı peyvənddən imtina qərarına münasibət bildirib.

“Kimmixin qərarını əsaslandırmasının motivləri maraqlıdır. Onun suallarına və şübhələrinə cavab vermək üçün çox yaxşı faktiki və ictimaiyyətə açıq arqumentlər var. İmkan verək Kimmix bu barədə bir az da fikirləşsin. O, yaxşı refleksi olan futbolçu kimi tanınır”, - deyə Merkel bildirib.

26 yaşlı almaniyalı futbolçu “Bavariya”da COVID-19-a qarşı peyvənd olunmayan beş futbolçudan biridir.

Futbolçu peyvəndin uzunmüddətli təsirindən şübhələndiyi üçün hələ də peyvənd olunmadığını bildirib.

Buna rəğmən Y. Kimmix virusu inkar etmədiyini və peyvəndin əleyhinə olmadığını vurğulayıb.

Mənbə: Sport1.de