Fond rəsmisi: “Altı ay, yaxud bir il müddətində vəfat etmiş şəxsin pensiya kartından pul çıxarılır”

13:20 02-11-2021 459

“Bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilələr edilir”.

HerGun.Az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov bildirib.

Onun sözlərinə görə, belə hallara qarşı ciddi mübarizə aparılır:

“Əsas məsələlərdən biri əmək pensiyaçısının vəfat etdikdən sonra barəsində müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumları ölüm haqqında şəhadətnaməni təqdim etmədiyi üçün sistemdə həmin şəxsin vəfat etməsi görsənmir.

Nəticədə həmin şəxsin pensiyası dayandırılmır. Təxminən altı ay, yaxud bir il müddətində vəfat etmiş şəxsin pensiya kartından pul çıxarılır”.

O qeyd edib ki, məhkəmə icraatında olan işlərin 70 faizi yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir.

İlhamə Əbülfət