Dünya çempionatı: Daha bir boksçumuz medalı təmin etdi - YENİLƏNİB

23:40 02-11-2021 451

Daha iki boksçumuz dünya çempionatında 1/4 final görüşünə çıxıb.

HerGun.Az xəbər verir ki, əvvəlcə 51 kq-da mübarizə aparan Məsud Yusifzadə taylandlı Tanarat Saenqpetlə qarşılaşıb.

Rəqibinə 0:5 hesabı ilə uduzan idmançımız yarışı medalsız başa vurub.

71 kq-da çıxış edən Sərxan Əliyev isə bu raundda ABŞ təmsilçisi Obed Barti-El ilə qüvvəsini sınayıb. 4:1 hesablı qələbə qazanan idmançımız adını yarımfinala yazdırıb.

Əliyev həlledici görüşə vəsiqə uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq. Növbəti 2 gündə isə final görüşləri təşkil olunacaq.

19:22

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

HerGun.Az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi 1/4 final görüşünə çıxıb.

Belə ki, əvvəlcə 86 kq çəki dərəcəsində çıxış edən Loren Alfonso Dominges rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.

Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.

Ardınca isə +92 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev növbəti döyüşünə çıxıb.

Hindistanlı Narender Berval ilə üz-üzə gələn Abdullayev qələbə qazanaraq yarımfinala yüksəlib və o da Loren Alfonso Dominges kimi ən az bürünc medalı təmin edib.