COVID vaksini istehsalçısı gəlirini açıqladı

01:00 03-11-2021 399

ABŞ-ın “Pfizer” şirkəti koronavirusa qarşı istehsal etdiyi peyvəndlərin satışından əldə etdiyi qazancı açıqlayıb.

Bu ilin ilk üç rübü ərzində “BioNTech”lə birgə hazıralanan vaksinin satışı “Pfizer”ə 24,1 milyard dollarlıq fayda verib.

Şirkət illik gəlir proqnozunu da 7.5 dəfə artırıb.

Hesablamalara görə, “Pfizer”in ilin sonunadək əldə edəcəyi qazanc 36 milyard dollar olacaq.

Mənbə: “Haber Global”