Daha bir qeyri-adi postkovid sindromu açıqlanıb

03:40 03-11-2021 412

Postkovid dövrünün ən qeyri-adi sindromu postakne (sızanaqlardan, ləkələrdən, qızartılardan, çapıq və yaralardan sonra dəridə çuxur şəkilində əmələ gəlmiş izlər) və ya ayaqlarda qızartıdır.

Bu barədə rusiyalı tibb elmləri namizədi, dermatoveneroloq İrina Skoroqudayeva danışıb.

Onun sözlərinə görə, virus bütün bədəndə dolaşdığı üçün zədələnmələr hər yerdə qeydə alına bilər.

“Koronavirusun ilk dalğası olanda, ayaqlarda və nadir hallarda üzdə səpgilərin ola biləcəyi deyilirdi. Belə olanda qızartı yox, vaskulitlə (qan damarının iltihabı) ilə əlaqəli elementlər müşahidə edilir. Əvvəlcə bu qançıra bənzəyir”, - deyə həkim izah edib.

O xatırladıb ki, COVID-19-un “giriş qapısı” ağciyərlər olsa da, virus sonradan bütün bədəndə dolaşır.

“Bəzən ayaqlara fikir verilmir, sonra bir neçə yerdə qançırlar, göyərmələrlə rastlaşır. Bu proses qan damarlarının zədələndiyini göstərir”, - deyə Skoroqudayeva xəbərdarlıq edib.