“Squid game”dəki nabatı bişirmək istəyən yeniyetmə yandı - FOTO/VİDEO

05:20 03-11-2021 532

“Netflix”in  istehsalı olan “Squid Game” filmində göstərilən nabatdan hazırlamaq istəyən yeniyetmə ayağında üçüncü dərəcəli yanıqlar alıb.

Məlumata görə, hadisə Sidneydə (Avstraliya) qeydə alınıb.

14 yaşlı Eyden Hiqqi özünütəcrid dövründə darıxdığı üçün məşhur serialdakı şirniyyatdan hazırlamaq qərarına gəlib.

Qeyd edək ki, həmin şirniyyat üçün ərinmiş şəkər tozundan nazik bir təbəqə hazırlamaq, sonra isə mərkəzdə  istənilən fiqur və ya təsvir həkk edilməlidir. Nabat soyuduqda, formanı sancağın köməyi ilə, sındırmadan çıxarmaq lazımdır.

“TikTok”da tapdığı reseptlə nabatı hazırlayan Eyden bütün inqridientləri plastik fincanda qarışdırıb, sonra isə mikrodalğalı sobaya qoyub. Qarışığı sobadan çıxartdıqda isə qab (mikrodalğa üçün nəzərdə tutulmadığından) əlində partlayıb və qaynar şəkər onun ayağına dağılıb.

“Şirniyyat inanılmaz dərəcədə qaynamışdı. O, fincanı çıxardanda əlində partladı”, - deyə Eydenin anası Helen olanları danışarkən bildirib.

Qeyd olunur ki, yanmış şəkər və ərimiş plastik yeniyetmənin ayağına dağıldıqdan sonra da yanmağa davam edib.

O da vurğulanır ki, bu, Sidneydə üçüncü belə hadisədir.

Mənbə: Daily Mail