Azərbaycan və BƏƏ arasında Biznes Şurası yaradılacaq - FOTO

14:00 03-11-2021 524

“Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasının yekunlarına dair Protokol imzaladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində məlumat yayıb:

“Sənədə əsasən, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə BiznesŞurası və işçi qruplar yaradılacaq”.

“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.

“Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - o qeyd edib.