Yunan-Roma güləşçimiz Dünya çempionatının bürünc medalını qazandı

22:20 03-11-2021 490

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında bürünc medal görüşünü keçirib.

HerGun.Az xəbər verir ki, 72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada iranlı Amir Abdi ilə üz-üzə gəlib.

İlk hissədən sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geri dönüş edərək yekunda qələbə qazanıb - 12:7.