Dünya və Avropa çempionu olan idmançımızdan maraqlı etiraf - VİDEO

23:00 03-11-2021 526

Dünya və Avropa çempionu Ağası Məmmədov etiraf edib.

O etirafını İdman TV-nin efirində səsləndirib.

Boksçu bildirib ki, o boksçu yox, futbolçu olmaq istəyib.

Qeyd edək ki, Ağası Məmmədov 2003-cü il dünya çempionatının qızıl, 2001-ci ildə isə dünya birinciliyinin gümüş mükafatını qazanıb. İkiqat Avropa çempionudur. 1996-cı ildə yeniyetmələrin Avropa çempionatının qızıl medalını qazanıb və ən texnikalı boksçu kimi xüsusi mükafatla — kubokla təltif edilib. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Azərbaycan boksu tarixində dünya çempionatının qızıl mükafatını qazanan ilk idmançıdır.