Keçmiş gəlini Mətanət İsgəndərlinin ittihamlarına cavab verdi - FOTO

12:20 04-11-2021 556

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana yeni paylaşım edib.

O, “Instagram” hesabında övladlarına yaxşı baxdığını, onların daim qeydinə qaldığını bildirib:

“Mən bütün günümü övladlarıma həsr edən, onların gələcəyini və sağlamlığını düşünən anayam. Keçmiş qayınanam deyir ki “Biz Moskvada olanda, uşaqlar hava üzü görməyib, ac qalıblar”. O qədər yalanlar danışır, məcburam son 1 ildə mən uşaqlarımı necə saxladığımın görüntülərini paylaşım görsünlər ki, onlar bütün günü bağda, hovuzda dincəliblər”.

Qeyd edək ki, bir neçə gün əvvəl İsgəndərlinin oğlu Kərimlə Canana arasında məhkəmə prosesi keçirilib. Canananın 3 övladı əlindən alınaraq həyat yoldaşı Kərimə verilib.