Sabiq prezident Bakı Forumunda BMT-ni tənqid etdi

14:20 04-11-2021 480

“Avropa İttifaqının üzv ölkələrinin arasında ədalətsizlik mövcuddur”.

HerGun.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunda çıxışı zamanı Latviyanın sabiq prezidenti Vayra Viqe-Freyberqa deyib.

Onun sözlərinə görə, SSRİ dağılandan sonra bir sıra ölkələr Avropa İttifaqına daxil olub:

“Həmin ölkələr bir sıra təzyiqlərlə üzləşdilər. Lakin bu ölkələrdə demokratikləşmə yarandı”.

Eks-prezident qeyd edib ki, BMT təşkilatı yenidən qurulmalıdır:

“BMT üzv dövlətlərin çağırışına cavab verməlidir. BMT dünyanı nizamlayan qaydaları qəbul edir. 2011-dən bəri gündəmdə qalan məsələlər yerinə yetirilməyib. Elə bir sistem qurulmalıdır ki, dünyanın bunun ətrafında necə çalışa bilməsi müəyyən edilsin. Bu vəzifəni BMT-nin Baş Assambleyası yerinə yetirə bilər. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının rolu danılmazdır, lakin praktiki səviyyədə işi sual altında qalır. Vaskinləşmə dünyada ədalətli paylanmır”.

Aqşin Kərimov