Ekmeleddin İhsanoğlu: “Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz tarixi torpaqlarını işğaldan azad etdi”

16:00 04-11-2021 480

“Mən Qarabağ münaqişəsini hələ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi olduğum müddətdən izləyirəm və bu problemin tarixini çox yaxşı bilirəm. Ermənistanın törətdiyi son təxribatlara cavab olaraq Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz tarixi torpaqlarını işğaldan azad etdi”.

AZƏRTAC xəbər verir ki, bunu İƏT-in 2004-2014-cü illərdə Baş katibi olmuş Ekmeleddin İhsanoğlu deyib.

“Bundan sonra sülh prosesi qarşıdadır. İnanırıq ki, məcburi köçkünlər və qaçqınlar, nəhayət, öz ata-baba torpaqlarına qayıdacaq və onların tapdanmış hüquqları bərpa olunacaq”, - deyə E.İhsanoğlu qeyd edib.