Rusiyada COVID ölümlərində yeni rekord

20:40 04-11-2021 388

Rusiyada koronavirusdan ölənlərin sutkalıq sayında yeni rekord qeydə alınıb.

Noyabrın 4-də açıqlanan məlumatlara görə, son 24 saat ərzində ölkədə 1195 nəfər ölümcül virusun qurbanı olub.

Bu rəqəmin pandemiya ərzində qeydə alınmış ən yüksək göstərici olduğu bildirlib.

Bununla da Rusiyada koronavirusdan ölənlərin ümumi sayı 243 255 nəfərə çatıb.

Həmçinin, son sutkada ölkə üzrə 40 217 nəfər yeni COVID xəstəsi aşkar olunub.

Mənbə: TASS