ABŞ-da cəsəd yarılmasını şouya çevirdilər: Biletlər 500 dollara satıldı - FOTO

01:00 05-11-2021 415

ABŞ-ın Luiziana ştatı sakini, İkinci Dünya müharibəsi veteranı, 98 yaşında koronavirusdan vəfat etmiş Devid Sonders cəsədinin elmi məqsədlər üçün istifadə olunmasını vəsiyyət edib.

Onun cansız bədəni “Ölüm haqqında elm” şousu zamanı tamaşaçıların gözü qarşısında yarılıb.

Şou oktyabrın 17-də Portlenddəki “Marriot” hotelinin zalında təşkil olunub.

Prosesi müşahidə etmək üçün izləyicilər qiyməti 500 dollaradək olan biletləri əldə ediblər. Onlardan biri şou zamanı gizli çəkdiyi görüntüləri yayıb və bununla da baş verənlər üzə çıxıb.

Görüntülər ciddi qalmaqala səbəb olub. Mərhumun həyat yoldaşı ərinin cəsədindən “bir tikə ət kimi” şou məqsədilə istifadə edildiyinə görə hiddətlənib. O, təşkilatçıları məhkəməyə verməklə hədələyib.

Mənbə: “Komsomolskaya Pravda”