Uill Smit ailəsindəki zorakılıqdan danışdı - FOTO

05:00 05-11-2021 445

Hollivud aktyoru Uill Smit atasını öldürmək arzusunda olduğunu etiraf edib.

“Doqquz yaşım var idi. Atam anamın başına elə zərbə endirdi ki, o, yıxıldı. Sonra qan tüpürdü”, - aktyor ailədəki məişət zorakılığı haqqında danışarkən bildirib.

Ulduzun sözlərinə görə, uşaqlıq travması aktyorun sonrakı həyatına və karyerasına təsir edib. O, uzun müddət tamaşaçılar tərəfindən tanınmasına, onların tərifinə, diqqətinə və gülüşünə layiq olduğuna şübhə ilə yanaşıb.

“Çünki atama müqavimət göstərə bilmirdim. Qorxaq idim”, - deyə sənətçi vurğulayıb.

Smitin valideynləri o yeniyetmə ikən ayrılıb, 2000-ci ildə isə rəsmi şəkildə boşanıblar. Aktyor atası ilə yaxın münasibətdə olsa da, uşaqlıq travmasının on illər sonra atası xərçəngə tutulandan sonra ona qayğı göstərərkən yenidən üzə çıxdığını bildirib.

Aktyor atasının qəddar olmağına baxmayaraq oğlunun uğurları ilə həmişə səmimi maraqlandığını vurğulayıb.

“Atam qəddar insan olub. Amma eyni zamanda hər oyunda, tamaşada və konsertdə olub. İçki düşkünü olsa da bütün filmlərimin təqdimat mərasimində ayıq olub, hər plastinimə qulaq asıb, hər studiyama gəlib”, - deyə Uill Smit bildirib.