Dünyada ilk dəfə COVID-19 həbinə icazə verildi

06:20 05-11-2021 401

Böyük Britaniyanın Dərman Tənzimləmə Təşkilatı “Merck” və “Ridgeback Biotherapeutics” tərəfindən hazırlanmış COVID-19 antiviral həbi “Molnupiravir”ə icazə verdiyini açıqlayıb.

Britaniyanın COVID-19-u uğurla müalicə edən ilk həb olan “Molnupiravir”i təsdiqləyən ilk ölkə olmasına baxmayaraq, həbdən nə vaxt istifadə ediləcəyi bəlli deyil.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin inkişafı üçün azı bir risk faktoru olan 18 yaş və daha böyüklər üçün lisenziyalıdır. Bildirilib ki, “Molnupiravir”in evdə COVID-19-a yüngül və orta dərəcədə yoluxmuş insanlar tərəfindən gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edilir ki, sözügedən dərman simptomları azaldır, sağalmanı sürətləndirir, eyni zamanda xəstəxanalardakı xəstə yükünü yüngülləşdirə biləcəyi və sağlamlıq sistemləri zəif olan yoxsul ölkələrdə epidemiyaların qarşısını almağa kömək edə biləcəyi qeyd edilir.

“Molnupiravir” ABŞ, Avropa və başqa bölgələrdə tənzimləyici qurumlar tərəfindən nəzərdən keçirilməsini gözləyir.

Mənbə: Washingtonpost