Məşhur aktyor çəkilişlərdə silahdan istifadə etməyəcək

07:40 05-11-2021 537

“Rust” (Pas) filminin çəkliş meydançasında baş verənlər ABŞ şou-biznesində dərin iz buraxıb.

Belə ki, hazırda Hollivudun ən populyar aktyorlarından olan Dueyn Conson bundan sonra çəkiliş meydançasında heç zaman əsl silaha əl vurmayacağını bəyan edib.

Ulduz aktyor onun iştirakıyla çəkilən ekran əsərlərində yalnız rezin silahlardan istifadə olunacağını bildirib.

Xatırladaq ki, ABŞ-ın Nyu-Meksiko ştatında “Rust” (Pas) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Mənbə: “Sky News”