Londonda etirazçılar özlərini asfalta yapışdırdılar – VİDEO

08:40 05-11-2021 406

İngiltərədə “Insulate Britain” ekoloji qrupunun fəalları etiraz aksiyası keçiriblər.

Onlar Britaniya parlamentinə gedən yolları bağlayaraq, ölkə rəhbərliyindən iqlim dəyişikliyinə qarşı daha ciddi mübarizə aparmağı tələb ediblər.

Fəallar özlərini yapışqanla asfalta yapışdırıblar. Bu səbəbdən yollarda nəqliyyatın hərəkəti iflic olub. Sürücülər fəalların bu hərəkətlərini ciddi narazılıqla qarşılayıblar.

Polisin müdaxiləsi nəticəsində aksiya dağıdılıb.

Etirazçılardan 34 nəfərin saxlandığı bildirilib.

Mənbə: “Haber Global”