Qayınanasını öldürüb, həyat yoldaşını ağır yaralayan şəxsdən xəbər var

10:40 05-11-2021 464

Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən İntizam Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Şəmkir rayonunun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü İ.Hüseynov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və qayınanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.

Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda vəfat edib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.