Məhərrəm Qurbanov vəfat etdi

18:18 21-08-2019 951

Avqustun 19-da beyin insultu keçirən və təcili şəkildə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Akademik Dövlət Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.

HerGun.Az xəbər verir ki, bu barədə Akademik Musiqili Teatrının aktyoru Elxan İsmayılov şəxsi "Facebook" hesabında məlumat paylaşıb.

Qeyd edək ki, aktyorun qızı Aytən Qurbanova səhər saatlarında HerGun.Az-ın əməkdaşı ilə söhbətində atasının vəziyyətinin ağır olduğunu və yaşamaq şansının az olduğunu bildirmişdi.

Allah rəhmət eləsin!

Rəşad Əliyev