Bekhem 50 milyon dollar cərimələnə bilər - FOTO

21:45 21-08-2019 576

Çirklənmiş ərazidə stadion tikmək istəyən Devid Bekhem 50 milyon dollar cərimə cəzası ilə üzləşib.

Dünyaşöhrətli məşhur futbolçu Devid Bekhem şərikləri - "Mayami Bekham United"-in təsisçiləri ilə birgə "İnter Mayami" adlı futbol klubu açmağı və 2021-ci ilədək onun üçün ayrıca stadion tikməyi planlaşdırır.

Futbolçu ailəsi üçün Mayamidə mənzil almaq niyyətindədir. Çünki Devid və onun həyat yoldaşı Viltoriya Bekhem tezliklə iki ölkədə yaşamalı olacaqlar. Lakin onların bu planları baş tutmaya da bilər. 

"The Telegraph" nəşrinin yaydığı xəbərə görə, inşaat üçün nəzərdə tutulan torpağın analizi arsenlə çirklənmə dərəcəsinin iki dəfədən çox artdığını göstərib. Eyni zamanda uzun illər ərazidəki təhlükəli tullantıllar sobada yandırılıb. Mayaminin hər yerindən bura tullantılar gətirilirmiş.

 

Zibillik 50 ildi təmizlənib, bu müddət ərzində ərazidən qolf meydançası kimi istifadə olunub. Bununla belə, hazırda mütəxxəsislər torpağın 15 santimentr dərinliyində dəmir, şüşə və plastik də daxil olmaqla zibil qalıqlarını aşkar ediblər. Bundan əlavə, gələcək stadionun yaxınlığında ağır metalların - bariy və qurğuşun səviyyəsinin artıq olduğunu təyin ediblər. Bir sözlə, bu ərazidə hər hansı yenidənqurma işlərinin aprılmasının olduqca təhlükəli olduğuna dair məlumatlar var. 

Şəhər rəhbərliyi əlavə araşdırma aparmaq niyyətindədir. Nəticələr təsdiqlənərsə, D.Bekhem stadionu tikməzdən öncə ərazini təmizləməlidir. Bu isə ona nə az-nə çox təqribən 50 milyon dollara başa gələcək. Stadionunun özü isə 1 milyard dollara başa gələ bilər.

Xatırladaq ki, Bekham 2007-ci ildə Mayamidə klub yaratmaq üçün franşiza alıb. Klub komandası gələn ildən çempionatlarda çıxış etməyə başlamalıdır.

Rəşad Əliyev