Bakıda 17 yaşlı oğlan bıçaqlandı

23:00 21-08-2019 953

Bakının Xəzər rayonunda 17 yaşlı oğlan bıçaqlanaraq ağır xəsarət alıb.

HerGun.Az-ın verdiyi xəbərə görə, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinndə yaşayan 2002-ci il təvəllüdlü Quliyev Azər Arif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Quliyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu