Məşhur aktyorun yeni işi təəccüb yaratdı

18:00 09-11-2021 752

Türkiyəli məşhur aktyor Seçkin Özdemir özünə yeni peşə seçib.

Bir müddətdir ekranlardan uzaq olan aktyor pilot olduğunu bildirib.

O qeyd edib ki, təlim keçib və artıq uçuşları sərbəst icra edə bilir: “Həddindən artıq zövq alıram”.

Qeyd edək ki, 40 yaşlı aktyor “Günahkar”, “Tehlikeli Karım”, “Sevgili Geçmiş” və “Muhteşem Yüzyıl” kimi seriallarda rol alıb.

Mənbə: Milliyet