İt sahibindən qaçıb, qatara mindi

01:36 22-08-2019 1020

Moskva yaxınlığındakı Tima ləqəbli bir yaşlı it sahibinin əlindən qaçıb. 

Rusiya saytlarının yazdığına görə, hadisə Volokolamsk rayonunun Kozino kəndində, Riqa istiqamətinə aparan dəmiryolu platformasının 133-cü kilometrliyində baş verib. 

Qonşular ev sahibinə bildiriblər ki, Tima əvvəlcə sərnişinlər arasında dolaşıb, sonra dəmiryolu platforması ilə qaçaraq, onların çağırışlarına cavab vermədən vaqonlardan birinə girib.
 
Heyvan sahibi Svetlana Quleşnko deyib: "Onun platformaya niyə getdiyini bilmirik. Həyat yoldaşımla mən Timonu stansiyaya apardım. Axşam saat altıda məni qatara qoydular, sonra evə qayıtdılar. Ərim onun yeməyini verib, it yuxulayıb. Üç saatdan sonra isə təkcə qatara minib”. 

Svetlananın dediyinə görə, itin artıq 15 yaşı var, o eşitmir və yaxşı görmür.

Timin olduğu qatarın Volokolamskdan keçib, Moskvaya getdiyi ehtimal edilir. Amma heyvanı həmin marşrutdakı stansiyaların heç birində tapa bilməyiblər.