Sudanın yeni Baş naziri vəzifəsinin icrasına başladı

03:45 22-08-2019 1000

Abdulla Hamdukun Sudan keçid hökumətinin Baş naziri kimi andiçmə mərasimi keçirilib. 

Bu barədə “Reuters” xəbər verir.

Həmduk ölkəyə bu yaxınlarda BMT yanında baş iqtisadçı kimi çalışdığı Efiopiyadan gəlib. 

"Keçid dövrü proqramını “Azadlıq, sülh və ədalət" şüarı formalaşdıracaq",— deyə "Reuters" yeni Baş nazirin sözlərindən sitat gətirir.

Bir neçə gün öncə Sudanda korrupsiya, çirkli pulların yuyulması və xarici valyutanın qanunsuz saxlanılmasında ittiham olunan ölkənin sabiq prezidenti Ömər əl-Bəşirin məhkəməsi başlayıb. Məhkəmə ölkədə siyasi dəyişikliklər fonunda baş verir. Belə ki, Sudanın keçid Hərbi Şurası və müxalif "Azadlıq və dəyişikliklər uğrunda qüvvələr" alyansı Konstitusiya Bəyannaməsinin mətnini qəti şəkildə razılaşdırıblar.