Zelenski Putinə G8-ə qayıtmağın yolunu təklif etdi: Krımı qaytar

04:36 22-08-2019 1130

Ukrayna prezidenti Vladimir Zelenski həmkarı Vladimir Putinə Rusiyanın G8-ə qaytarılmasının həlli yolunu təklif edib. 

Bu barədə RİA "Novosti" xəbər verir.

Ukraynanın dövlət başçısı qeyd edib ki, Rusiya Krım yarımadasını geri qaytardığı və Donbasdakı münaqişəni dayandırdığı təqdirdə, G8-ə qayıda bilər.

Bundan başqa, Zelenski Rusiyaya saxlanılan ukraynalı dənizçiləri azad etməyi təklif edib.

Ukrayna liderinin fikrincə, bu addım Rusiyanın "ali diplomatiyanın gündəliyində yenidən öz yerini tutmağa hazır olduğunu" dünyaya göstərəcək.