Tramp Fredriksendən incidi: Sadəcə imtina edə bilərdi

05:18 22-08-2019 1019

ABŞ prezidenti Donald Tramp Danimarkanın Baş naziri Mette Fredriksenin Qrenlandiyanın satışına dair mümkün sövdələşmədən hansı formada imtina etməyindən narazılığını bildirib.

Bu barədə CBS telekanalı məlumat yayıb.

“Bu, xoşagəlməz bir yol idi”, - deyə prezident bildirib.

ABŞ liderinin sözlərinə görə, Fredriksen onun Qrenlandiyanı almaq planlarını “absurd” adlandırmaqla “düzgün” hərəkət etməyib. Tramp bildirib ki, Baş nazir onun təklifinə sadəcə imtina edə bilərdi.