Pentaqon hipersəs silahı əldə edəcəyi vaxtı açıqladı

06:18 22-08-2019 818

Amerika Birləşmiş Ştatlarının arsenalında yaxın iki il ərzində hipersəs silahı olacaq. 

TASS-ın verdiyi məlumata əsasən, bu barədə ABŞ müdafiə naziri Mark Esper “Fox News” telekanalına müsahibəsi zamanı bildirib.

Pentaqonun başçısına “ABŞ hipersəs silahını əldə etməyə nə qədər yaxındır?” sualı verilmişdi. “Hesab edirəm ki, bu, yəqin ki, yaxın iki ilin söhbətidir", - deyə o cavab verib.