ADPU-da Zəfər gününə həsr olunan silsilə tədbirlər davam edir

18:42 11-11-2021 66

Azərbaycan Dövlət Pedaqoji Universitetində Zəfər gününə həsr olunmuş silsilə tədbirlər davam edir

11 Noyabr 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzinin (XDM) dosenti Qəribə Məmmədovanın təşkilatçılığı ilə magistratura və doktorantura şöbəsinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisasının 2101 qrupu tərəfindən “Victory Day-Zəfər Günü” və “Our Martyrs -Şəhidlərimiz” adı altında tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim heyəti də iştirak edib.

HerGun.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikəndən sonra 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün müdafiəsi zamanı canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra tədbirdə tələbə kollektivinin hazırladığı video çarxlar, slaydlar nümayiş olunub.

Hazırladı: Ayan Ələkbərli